2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev

2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev

2025-ci ilədək Azərbaycanda ümumi dövriyyədə nağdsız ödənişlərin payı 25 faiz təşkil edəcək.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

"Assosiasiyamız Azərbaycanın bank strukturunda nağdsız infrastrukturun formalaşdırılması üzrə qlobal layihələr reallaşdırır. Yaradılan ekosistem dinamik inkişaf edir və 2018-2020-ci illər üzrə proqramıar uğurla başa çatdırılıb. Hazırda maliyyə sektorunda yeni hüquqi aktlar, texnologiya və innovasiyalar paketləri hazırlanır", - deyə o, bildirib.

Z.Nuriyevin sözlərinə görə, 2021-2023-cü illər üzrə nağdsız ödənişlərin inkişaf strategiyası hazırlanıb, buna uyğun olaraq bank sektoruna və blokçeyn texnologiyalara böyük diqqət ayrılacaq.