...

Bakı Limanının 2035-ci ilədək inkişaf strategiyası açıqlanıb

İqtisadiyyat Digər xəbərlər 7 Dekabr 2021 22:08
Bakı TurkicWorld Mustafa Askerbeyli
Bakı Limanının 2035-ci ilədək inkişaf strategiyası açıqlanıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 2035-ci ilədək inkişaf strategiyası onun "ağıllı" limana çevrilməsini nəzərdə tutur.

TurkicWorld-un məlumatına görə, bunu limanın beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Aynur Səmədova deyib.

Onun sözlərinə görə, "yaşıl" və "ağıllı" limanın yaradılması və inkişafı strategiyası Avropa İttifaqı tərəfindən hazırlanıb.

"Yaxın perspektivdə "ağıllı" liman layihəsinin reallaşdırılmasına başlamaq planlaşdırılır. Bununla bağlı olaraq müxtəlif istiqamətlərdə beynəlxalq əməkdaşlıq qurulub, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması və kağız daşıyıcılardan imtina olunması üzrə işlər aparılır", - deyə o bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti