Fevral ayında Türkiyədə baş verən qəzaların sayı 40 mini ötüb

Fevral ayında Türkiyədə baş verən qəzaların sayı 40 mini ötüb

Ankara. TurkicWorld:

2024-cü ilin fevral ayında Türkiyədə baş verən ümumi qəza sayı 42 min 31 olub.

Bu barədə TurkicWorld Türkiyənin Baş Polis İdarəsinə istinadən məlumat verir.

İdarədən verilən məlumata görə, fevral ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 37 min 166, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 4 min 865 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 22 min 939, vəfat edənlərin sayı isə 159 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.

Məlumata əsasən, yanvar-oktyabr aylarında Türkiyədə törədilən qəza sayı 86 min 855 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 75 min 575, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 11 min 280 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 46 min 532, vəfat edənlərin sayı isə 159 nəfər təşkil edib.