Son dəqiqə

Çin Özəl Türkiyə Ticarət nazirliyi kimyəvi maddə

Yanvar-fevral aylarında Çinin Türkiyədən kimyəvi maddə idxalı 80 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında Çinə kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz artıraraq 76,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin fevral ayında Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 19,6 faiz artaraq, 38,5 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıraraq 5 milyon dollara çatdırıb. 2024-cü ilin fevral ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 15,2 faiz artaraq, 2,6 milyon dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024-fevral 2023) Türkiyə 30,9 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər