Son dəqiqə

Türkiyə İran Özəl Türkiyə Ticarət nazirliyi dəri məhsulları

Yanvar ayında Türkiyə İrana dəri məhsulları ixracını artırıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2024-cü ilin yanvar ayında İrana dəri məhsulları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıraraq 167 min dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 1,8 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 32 faiz azalaraq, 120,8 min dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq, 1,9 milyon dollara bərabər olub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər