Yanvar ayında Türkiyənin Türkmənistana taxıl ixracının həcmi açıqlanıb (ÖZƏL)

Yanvar ayında Türkiyənin Türkmənistana taxıl ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar ayında Türkiyənin Türkmənistana taxıl, toxum və dənli bitki ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 11,7 faiz azalaraq, 2,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 12,4 milyard dollar məbləğində taxıl, toxum və dənli bitki ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin taxıl, toxum və dənli bitki ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 12,4 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,1 milyard dollar məbləğində taxıl, toxum və dənli bitki ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,7 faiz çoxdur.

X: Lamanasadli01