Muxtar Babayev Latviya səfiri ilə görüşüb

Muxtar Babayev Latviya səfiri ilə görüşüb

Bakı. TurkicWorld:

Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.