Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında 55 milyon dollarlıq kredit müqaviləsi imzalanıb

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında 55 milyon dollarlıq kredit müqaviləsi imzalanıb

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı İnkişaf Fondu (SFD) Türkiyə ilə 55 milyon dollar məbləğində yeni kredit müqaviləsi imzaladığını açıqlayıb. Kreditin məqsədi təxminən 55 min kvadratmetr sahəsi olan beş dövlət məktəbinin bərpasını nəzərdə tutur.

TurkicWorld-un məlumatına görə, müqavilənin imzalanma mərasimi Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək, xəzinə və maliyyə nazirinin müavini Osman Çelik, SFD sədri Əhməd Əl-Xatib və SFD-nin baş icraçı direktoru Sultan Əl-Mərşadın iştirakı ilə keçirilib.

Sözügedən kreditin “Dövlət Məktəblərində Zəlzələ Riskinin Azaldılması Layihəsi” çərçivəsində istifadə edilməsi nəzərdə tutulur.

İstanbulda keçirilən Türkiyə-Səudiyyə Ərəbistanı İnvestisiya və Biznes Forumunda imzalanan müqavilə çərçivəsində alınacaq kreditlə təxminən 55 min kvadratmetr sahəsi olan beş dövlət məktəbi bərpa olunacaq.

Layihənin məqsədi müəyyən edilmiş məktəbləri zəlzələlər nəticəsində baş verə biləcək zərərlərdən qorumaqdır. Bu çərçivədə məktəblərə lazımi avadanlıq və resurslar ayrılacaq, təhsilin keyfiyyət və səmərəliliyinin davamlılığı təmin ediləcək.

SFD tərəfindən maliyyələşdirilən layihə, Fondun Türkiyə ilə müntəzəm əməkdaşlığının inkişafında yeni mərhələni təmsil edir.

Layihənin məqsədi tələbələrə keyfiyyətli təhsil vermək və ölkənin sosial-iqtisadi inkişafına töhfə verməkdir. Layihə həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, o cümlədən “Keyfiyyətli Təhsil” məqaləsinə nail olunmasını dəstəkləyir.

Türkiyədə təhsil sektorunu dəstəkləmək və ölkəyə dünya səviyyəli təhsil vermək məqsədini gücləndirmək məqsədi daşıyan SDF, son 40 ildə Türkiyədə enerji, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə dəyəri 300 milyon dollardan çox olan 9 inkişaf layihəsi və proqramı maliyyələşdirib.

Aytac Süleymanova

Twitter: a_alieva_