Bakı. TurkicWorld:
Türkiyə 2024-cü ilin yanvar ayında Türkmənistana xalça ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60,3 faiz azaldaraq 302,2 min dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 2,8 milyon dollar məbləğində xalça ixrac edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına xalça ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,6 faiz artaraq, 239,5 min dollara bərabər olub.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 2,8 milyon dollara bərabər olub.
Aytac Süleymanova
Twitter: a_alieva_