"ATA PACK" MMC-nin "Qablaşdırma" zavodunun açılış mərasimi olub

"ATA PACK" MMC-nin "Qablaşdırma" zavodunun açılış mərasimi olub

Bakı. TurkicWorld:

"ATA PACK" MMC-nin yeni istifadəyə veriləcək "Qablaşdırma" zavodunun açılış mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri ⁠Mehman Nəbiyev, Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısının müavini ⁠Elşən Həsənli, MÜSİAD Azərbaycan sədri ⁠Rəşad Cabirli, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Ticarət baş müşaviri Ahmet Erdal və Təmiz Şəhər Açıq Ssəhmdar Cəmiyyətinin İcra Hakimiyyətinin sədri Etibar Abbasov iştirak edib.

Qeyd edək ki, “Ata pack MMC"-nin təsisçisi və baş direktoru, MÜSİAD Azərbaycanın üzvü Nicat Hüseynov tərəfindən zavoda 7 milyon investisya qoyulub.

Zavod Balaxanı Sanaye Parkında 6250 kv.m sahədə yerləşir. Hazırda zavodun 70 nəfər işçi heyəti var. Zavod Azərbaycan da ilk dəfə plastik şüşələrin üzərinə etiketlərin istehsalını etməyə başlayıb.

2023-cü ildə yeni istehsal xəttinə investisiya qoyulub.İcra olunmuş investisiya məbləği 7 milyon manat, planlaşdırılan layihə üzrə investisiya məbləği isə 8 milyon manatdır.