"Araz Vadisi İqtisadi Zonası"ndakı şirkətə rezident statusu verildi

"Araz Vadisi İqtisadi Zonası"ndakı şirkətə rezident statusu verildi

Bakı. TurkicWorld:

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "ZF Group” MMC-yə rezident statusu verilib və bununla da rezidentlərin sayı 7-yə çatıb.

TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1 milyon manat olan müəssisədə 32 nəfər daimi işlə təmin olunacaq", - nazir qeyd edib.