Bakı. TurkicWorld:
Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni postların yaradılması üzrə layihə həyata keçirilir.
TurkicWorld xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin əməkdaşı Vüqar Əhmədov Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.
"Tranzit potensialının artırılması ilə əlaqəli layihələr həyata keçirilir. Bütünlükdə həm ixracın, həm də idxalın sadələşdirilməsi üzrə işlər görülür", - o deyib.