İqlim dəyişikliyi və energetika sahəsində daha yüksək səviyyədə əməkdaşlıq olmasa, qlobal iqlim dəyişikliyi problemlərini həll edə bilmərik.
TurkicWorld-un məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komenesku deyib.
O qeyd edib ki, bu sahədə regional, beynəlxalq əməkdaşlığa yer ayrılmalıdır:
"İqlim dəyişikliyini törədəcək təsirləri azaltmalı, eyni zamanda saf enerjidən istifadəni genişlədirməliyik. Bu, bizim əsas hədəfimiz olmalıdır".
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.