Yanvar-noyabr aylarında İtaliyadan Türkiyə limanlarına 20 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Yanvar-noyabr aylarında İtaliyadan Türkiyə limanlarına 20 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-noyabr aylarında İtaliyadan Türkiyə limanlarına 20 milyon 608 min 49 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan limanlara 5 milyon 983 min 147 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 14 milyon 162 min 456 ton yük çatdırıb.

Bu müddət ərzində İtaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 462 min 446 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına İtaliyadan 20 milyon 535 min 169 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Türkiyə limanları 29 milyon 7 min 840 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 421 min 748 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 26 milyon 586 min 92 ton olub.

Bununla yanaşı, 2023-cü ilin noyabr ayında Türkiyə limanlarından 4 milyon 499 min 80 ton transit yük daşınıb.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 355 milyon 321 min 803 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 26 milyon 473 min 938 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 328 milyon 847 min 865 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 61 milyon 495 min 202 ton transit yük daşınıb.

Qeyd edək ki ,bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 398 olub.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub”, - deyə nazirlikdən bildirilib.

X: Lamanasadli01