Son dəqiqə

İtaliya Giorgia Meloni

Meloni Avropa Parlamenti seçkilərində namizəd olacaq

Bakı. TurkicWorld:

İtaliyanın baş naziri Giorgia Meloni Avropa Parlamenti seçkilərində namizəd olacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Meloni ifrat sağçı İtaliya Qardaşları (FdI) partiyasının Peskara şəhərində keçirilən qurultayında deyib.

O, Avropa siyasətinin gələcəyinin formalaşacağı 6-9 iyun tarixlərində keçiriləcək AP seçkiləri ilə bağlı açıqlamalar verib.

Meloni, İtaliyada olduğu kimi Avropa İttifaqı (Aİ) daxilində də solçuları müxalifətə göndərmək istədiklərini bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər