Bakı. TurkicWorld:
2023-cü ilin noyabr ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 16 faiz artaraq, 5 milyon 171 min 464 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 1 milyon 724 min 986 nəfər, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 3 milyon 444 min 478 nəfər təşkil edib.
Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 62 min 368 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 15 min 17 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz dəyişərək, 47 min 350 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 44 min 894 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq 22 min 295, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 22 min 599 olub.
2023-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 199 milyon 648 min 144 nəfər, yük dövriyyəsi isə 3 milyon 873 min 596 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.