Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi Şimali Kipr Türk Respublikası kimyəvi maddə

İlin əvvəlindən Şimali Kiprin Türkiyədən kimyəvi maddə idxalı 400 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Şimali Kipr Türk Respublikasına kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artıraraq 411,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Şimali Kipr Türk Respublikasına kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 0,2 faiz azaldaraq 41,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər