Son dəqiqə

İran Özəl Türkiyə Ticarət nazirliyi hazır geyim

İlin əvvəlindən Türkiyənin İrana hazır geyim ixarcı 20 milyon dollara yaxınlaşıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında İrana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıraraq 18,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə İrana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 82,1 faiz artıraraq 1,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 16,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 12 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər