Son dəqiqə

İran Özəl Türkiyə Ticarət nazirliyi kimyəvi maddə

İlin əvvəlindən İranın Türkiyədən kimyəvi maddə idxalı 440 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında İrana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azaldaraq 441,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə İrana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,4 faiz artıraraq 48 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər