Son dəqiqə

Azərbaycan Qırğızıstan

Qırğızıstan Azərbaycanla birgə fonda böyük ümidlər bəsləyir - Nazir müavini (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan-Qırğızıstan birgə fondunun fəaliyyətinə böyük ümidlər bəsləyirik.

Bu barədə TurkicWorld-a Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdarahmanov deyib.

"Avqust ayında Azərbaycanla Qırğızıstanın hökumətlərarası komissiya çərçivəsində növbəti görüşü keçirilib. İclasın protokoluna mühüm istiqamətləri əlavə etdik və nizamnamə kapitalı 25 milyon dollar dəyərində Qırğızıstan-Azərbaycan fondu təsis etməklə birgə layihələrin maliyyələşdirilməsi mexanizmlərinin yaradılması barədə razılığa gəldik", - Abdarahmanov deyib.

Onun sözlərinə görə, fondun baş ofisi Bişkəkdə yerləşəcək və yaxın zamanda fond şurasının üzvlərinin növbəti görüşü keçiriləcək.

"Biz artıq əsas daxili sənədləri və Qırğızıstan-Azərbaycan fondunun hansı sahələrə fokuslanacağını müəyyən etmişik", - deyə o sonda bildirib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycanla Qırğızıstan arasında əmtəə dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında 35,329 milyon dollar olub. Bu isə 2022-ci ilin analoji dövründəki göstərici (6,063 milyon dollar) ilə müqayisədə 5,9 dəfə çoxdur.

Mövzuya görə xəbərlər