Son dəqiqə

Çin Avtomobil sənayesi məhsulları Özəl Türkiyə Ticarət nazirliyi

Yanvar-oktyabr aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Çinə avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azaldaraq 42,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Çinə avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 39,2 faiz azaldaraq 3,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 28,7 milyard

Bu ilin oktyabr ayında Türkiyə 3,1 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 34,7 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər