Son dəqiqə

Qazaxıstan

Yanvar-sentyabr aylarında Qazaxıstanın xarici ticarət dövriyyəsi 100 milyon dolları ötüb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-sentyabr aylarında Qazaxıstanın xarici ticarət dövriyyəsi artaraq 101 milyon 973 min 3 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Qazaxıstanın Enerji Statistikası və Xidmətlər şöbəsindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, Qazaxıstanın ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz azalaraq 57 milyon 498 min 3 dollara, idxalı isə faiz 25 artaraq 444 milyon 75 min dollara çatıb.

Qeyd edək ki, Qazaxıstanın ixracatında əsas hissəni təşkil edən ölkələr sırası ilə İtaliya (18,8%), Çin (18%), Rusiya (%12,3), Niderland (5,8%), Cənubi Koreya (5,6%) və Türkiyədir (5,1%).

Ölkəyə ən çox mal idxal edən ölkələr isə sırası ilə Rusiya (26,7%), Çin (25,5%), Almaniya (5,1%), ABŞ(4,5%), Cənubi Koreya (3,8%) və Türkiyədir (3,4%).

Mövzuya görə xəbərlər