Azərbaycan Kubanıçbek Ömüraliyev

Azərbaycan qlobal logistika və nəqliyyat sahəsində əsas oyunçulardan biridir - Baş katib

Bakı. TurkicWorld:

Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətiylə təbrik edirəm.

TurkicWorld xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı Baş katibi Kubanıçbek Ömüraliyev "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, bu region füsunkar gözəlliyə malikdir.

"Bu ərazilər mühüm nəqliyyat marşrutlarından biridir. Azərbaycan qlobal logistika və nəqliyyat sahəsində əsas oyunçulardan biridir. Avropa ilə Asiyanı birləşdirir və iqtisadi artım üçün imkan yaradır. Nəqliyyat məsələləri türk dövlətləri üçün pioritet məsələlərdəndir. Bu sənədlərdə də öz əksini tapıb. Bu tədbirdə dənəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi və çətinliklərin aradan qaldırılması əsas hədəf götürülüb. Bizim əsas məqsədimiz Transxəzər və Orta dəhlizin inkaf etdirilməsidir", - deyə o, əlavə edib.

Baş katib biıdirib ki, bizim strategiyamız ən qısa müddətdə Orta Dəhlizi təhlükəsiz nəqliyyat dəhlizinə çevirməkdir.

"Bundan başqa biz regionumuzu nəqliyyat habına çevirməyi nəzərdə tuturuq. Zəngəzur dəhlizinin də region üçün yeni imkanlar yaradacağı güman edilir. Bu da sosial-iqtisadi, geosiyasi faydalar təmin edəcək",- deyə o, qeyd edib.

Mövzuya görə xəbərlər