İlin əvvəlindən Türkiyənin BƏƏ-yə sement ixracı 39 milyon dollara bərabər olub (ÖZƏL)

İlin əvvəlindən Türkiyənin BƏƏ-yə sement ixracı 39 milyon dollara bərabər olub (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Birləşmiş Ərəb Əmirliklərinə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azaldaraq 39 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə BƏƏ-yə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 66 faiz artıraraq 2,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 365,6 min dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 3,9 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,9 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_