Bakı. TurkicWorld:
Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azaldaraq 41,4 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə Azərbaycana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 7,9 faiz azaldaraq 4,9 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 365,6 min dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 3,9 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,9 faiz azdır.
Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_