Son dəqiqə

Türkiyə Avtomobil sənayesi məhsulları Özəl Türkiyə Ticarət nazirliyi

İlin əvvəlindən Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 30 milyard dollara yaxınlaşıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 28,7 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 3,1 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 34,7 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər