Son dəqiqə

Azərbaycan Fərid Osmanov Mərkəzi Bank maliyyə sistemi

Azərbaycanın maliyyə sisteminin inkişaf strategiyasının hazırlanması yekunlaşmaq üzrədir - Mərkəzi Bankın baş direktoru

Bakı. TurkicWorld:

Hazırda Azərbaycanın maliyyə sisteminin inkişafının strategiyası formalaşır və yekunlaşmaq üzrədir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (IBF-2023) deyib.

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi qüvvəyə mindikdən sonra maliyyə bazarlarında ödəniş səmərəliliyinin formalaşması üzrə zəruri və təməl tədbirlər başlayacaq. Strateji məqsədimiz növbəti dövrdə açıq bankçılıq işi konsepsiyasının formalaşması, açıq bankçılıqdan açıq maliyyələşdirməyə keçidin sürətləndirilməsindən ibarətdir. Bu keçid bank sektorunda, eləcə də, sığorta və digər kapital bazarlarında açıq verilənlərin yayılma imkanlarını təşviq etməyimizə imkan verəcək", - o deyib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər