Sentyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Sentyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-ci ilin sentyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə 70 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalıda azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 43,7 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 62 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (58) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 58 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə 38 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.