Bakı. TurkicWorld:
Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Pakistana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz azaldaraq 4,3 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Sentyabr ayında Türkiyə Pakistana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 25,8 faiz azaldaraq 577,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 12,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 20 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01







