Son dəqiqə

Türkiyə Pakistan Özəl Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları

İlin əvvəlindən Türkiyənin Pakistana elektrik avadanlıqları ixracı 21 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Pakistana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz azaldaraq 21 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Pakistana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 69,9 faiz azalaraq 2,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq, 12 milyard dollara bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər