Son dəqiqə

Pakistan Özəl Türkiyə Ticarət nazirliyi kimyəvi maddə

İlin əvvəlindən Pakistanın Türkiyədən kimyəvi maddə idxalının həcmi 60 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Pakistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz azaldaraq 60 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Pakistana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 29,3 faiz artıraraq 6,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 22,3 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2,8 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2022- sentyabr 2023) Türkiyə 30,2 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər