Bakı. TurkicWorld:
Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında İsrailə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azaldaraq 320,5 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Sentyabr ayında Türkiyə İsrailə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 11 faiz azaldaraq 36,7 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 3,5 milyard dollara bərabər olub.
Bu ilin sentyabr ayında Türkiyə 383,5 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 16,4 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_