Son dəqiqə

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə dəmir yolunun rəqəmsallaşdırmasını müzakirə edib

Bakı. TurkicWorld:

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə "Hökumət buludu", metro və dəmir yolu nəqliyyatı sahəsində rəqəmsallaşdırma üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

Nazir Azərbaycanda səfərdə olan EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.

"Görüşdə EBRD-nin krediti əsasında "Aztelekom" MMC-nin həyata keçirdiyi genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin irəliləyişi haqqında danışdıq", - R.Nəbiyev bildirib.

Mövzuya görə xəbərlər