Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 51 milyard 886 milyon 178 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Ticarət nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 21 milyard 614 milyon 821 min dollara, idxalı isə 6,9 faiz azalaraq 30 milyard 271 milyon 357 min dollara çatıb.

“Bu ilin yanvar-avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 411 milyar 890 milyon 575 min dollar təşkil edib”, – deyə nazirlikdən bildirilib.

Məlumata əsasən,bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 0,4 faiz azalaraq 164 milyard 793 milyon 509 min dollar, idxalı isə eyni dövrlə müqayisədə 3,4 faiz artaraq 247 milyard 97 milyon 66 min dollar təşkil edib.

Mövzuya görə xəbərlər