Avqust ayında Türkiyədə Misir kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 110-u ötüb (ÖZƏL)

Avqust ayında Türkiyədə Misir kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 110-u ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-ci ilin avqust ayında Türkiyədə Misir kapitalı ilə 114 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 129 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Misir şirkətlərinin sayının azalması ilə bərabər, onların ümumi kapitalıda azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 56,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 106,4 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin avqust ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (98) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 44,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin avqust ayında Türkiyədə Misir kapitalı ilə 71 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.