Son dəqiqə

Pakistan Özəl Türkiyə Ticarət nazirliyi hazır geyim

Yanvar-avqust aylarında Pakistanın Türkiyədən hazır geyim idxalı 4 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Pakistana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 43,9 faiz azaldaraq 3,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Pakistana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 12,3 faiz azaldaraq 674 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azalaraq, 13,2 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 16,7 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,9 faiz azdır

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 20,2 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər