Son dəqiqə

Avtomobil sənayesi məhsulları Özəl Türkiyə Ticarət nazirliyi Şimali Kipr Türk Respublikası

İlin əvvəlindən Şimali Kipr Türkiyədən avtomobil sənayesi məhsulları idxalını artırıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Şimali Kipr Türk Respublikasına avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 54,9 faiz artıraraq 27,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Şimali Kipr Türk Respublikasına avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,7 faiz azaldaraq 2,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 22,8 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 2,7 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 20,9 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2022- avqust 2023) Türkiyə 34,2 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər