İlin əvvəlindən Şimali Kiprin Türkiyədən hazır geyim məhsulları idxalı 30 milyon dolları ötüb (ÖZƏL)

İlin əvvəlindən Şimali Kiprin Türkiyədən hazır geyim məhsulları idxalı 30 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Şimali Kipr Türk Respublikasına hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artıraraq 33,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Şimali Kipr Türk Respublikasına hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 52,8 faiz artıraraq 4,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azalaraq, 13,2 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 16,7 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,9 faiz azdır

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 20,2 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01