Son dəqiqə

Türkiyə İran Özəl Türkiyə Ticarət nazirliyi kimyəvi maddə

İlin əvvəlindən İranın Türkiyədən kimyəvi maddə idxalı azalıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında İrana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azaldaraq 344,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə İrana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,7 faiz azaldaraq 52,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq, 19,5 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022- avqust 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər