Son dəqiqə

Türkiyə Rusiya Özəl Türkiyə Ticarət nazirliyi sement

İlin əvvəlindən Türkiyənin Rusiyaya sement ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Rusiyaya sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 76,3 faiz artıraraq 67,5 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Rusiyaya sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 13,2 faiz artıraraq 9,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalaraq, 3,2 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 395,7 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 16,5 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 4,9 milyard dollar məbləğində sement ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər