Son dəqiqə

Özəl Türkiyə limanları Aliağa limanı

Yanvar-avqust aylarında Türkiyənin Aliağa limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin İzmir şəhərindəki Aliağa limanı 44 milyon 778 min 871 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 1 milyon 701 min 63 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 43 milyon 77 min 808 ton yük daşınıb.

“2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin Aliağa limanından 464 min 28 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında Türkiyə limanları 33 milyon 374 min 278 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 371 min 122 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 3 min 156 ton olub.

Bununla yanaşı, 2023-cü ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 532 min 586 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 260 milyon 582 min 661 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 335 min 755 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 241 milyon 246 min 906 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 46 milyon 593 min 524 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər