Avqust ayında 4 milyondan çox sərnişin Dalaman Beynəlxalq Hava Limanından istifadə edib (ÖZƏL)

Avqust ayında 4 milyondan çox sərnişin Dalaman Beynəlxalq Hava Limanından istifadə edib (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin avqust ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 17 faiz artaraq, 3 milyon 636 min 500 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 17 faiz artaraq 1 milyon 233 min 230 nəfər, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 2 milyon 430 min 270 nəfər təşkil edib.

Bu ilin avqust ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 43 min 260 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 10 min 675 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 14 faiz dəyişərək, 32 min 586 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 31 min 747 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq 15 min 897, beynəlxalq reyslər üzrə isə 11 faiz artaraq 15 min 850 olub.

2023-cü ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 143 milyon 207 min 94 nəfər, yük dövriyyəsi isə 2 milyon 745 min 942 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01