Son dəqiqə

Türkiyə Qırğızıstan Özəl Türkiyə Ticarət nazirliyi sement

Yanvar-iyul aylarında Türkiyənin Qırğızıstana sement ixracı 27 milyon dollara bərabər olub (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Qırğızıstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 31 dəfə artaraq 27 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Qırğızıstana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,8 dəfə artaraq 621,3 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 2,8 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 372,6 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 10,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 5 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər