Son dəqiqə

Türkiyə Qırğızıstan Özəl Türkiyə Ticarət nazirliyi polad

Yanvar-avqust aylarında Qırğızıstan Türkiyədən polad məhsulları idxalını azaldıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Qırğızıstana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 78,7 faiz azaldaraq 3,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Qırğızıstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 84,8 faiz azaldaraq 431,7 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz azalaraq, 9,7 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 15,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər