Avqust ayında 60 milyona yaxın sərnişin İstanbul Hava Limanından istifadə edib (ÖZƏL)

Avqust ayında 60 milyona yaxın sərnişin İstanbul Hava Limanından istifadə edib (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin avqust ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 24 faiz artaraq, 50 milyon 945 min 858 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 17 faiz artaraq 12 milyon 514 min 473 nəfər, beynəlxalq reyslər üzrə isə 26 faiz artaraq 38 milyon 431 min 385 nəfər təşkil edib.

Bu ilin avqust ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 1 milyon 716 min 672 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq, 155 min 954 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 1 milyon 560 min 718 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq, 337 min 457 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 21 faiz artaraq 87 min 373, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 250 min 84 olub.

2023-cü ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 143 milyon 207 min 94 nəfər, yük dövriyyəsi isə 2 milyon 745 min 942 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01