Son dəqiqə

Azərbaycan Qarabağ Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankı

Qarabağdakı iqtisadi layihələrdə Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı müzakirə edilib

İşğaldan azad olunmuş ərazilərin potensialının reallaşdırılmasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirakı müzakirə edilib.

TurkicWorld-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

Nazir qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi, iqtisadi şaxələndirmənin təşviqi baxımından əhəmiyyətlidir:

"AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə Gəncə “YaşılŞəhər Proqramı”nın icrasını və digər şəhərlərimizdə tətbiqi imkanlarını, yeni investisiya layihələrini, azad olunmuş ərazilərimizin potensialının reallaşdırılmasında Bankın iştirakını müzakirə etdik".

Mövzuya görə xəbərlər