Son dəqiqə

Türkiyə Özəl Türkiyə limanları Portuqaliya

Yanvar-iyul aylarında Portuqaliyadan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-iyul aylarında Portuqaliyadan Türkiyə limanlarına 1 milyon 224 min 983 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Portuqaliyadan limanlara 3 min 200 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 miyon 147 min 765 ton yük çatdırıb.

Bu müddət ərzində Portuqaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 74 min 18 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarına Portuqaliyadan 526 min 803 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 449 min 881 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 74 min 625 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 134 min 671 ton tranzit yük daşınıb.

Məlumata əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 227 milyon 32 min 354 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-iyul aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 812 min 935 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 210 milyon 219 min 419 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 41 milyon 60 min 938 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər