Son dəqiqə

Türkiyə Özəl Türkiyə hava limanları Adnan Menderes Hava Limanı

İyul ayında Adnan Menderes Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 6 milyona çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin iyul ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 9 faiz artaraq, 5 milyon 886 min 877 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq 3 milyon 747 min 51 nəfər, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 2 milyon 139 min 826 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 78 min 440 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 42 min 628 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 9 faiz dəyişərək, 35 min 812 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 40 min 720 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq 25 min 669, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 15 min 51 olub.

2023-cü ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 118 milyon 544 min 937 nəfər, yük dövriyyəsi isə 2 milyon 285 min 236 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər