Britaniya şirkətləri Azərbaycandan qovşaq kimi yararlana bilər

Britaniya şirkətləri Azərbaycandan qovşaq kimi yararlana bilər
Ələt Azad İqtisadiyyat Zonasının Sədri Valeh Ələsgərov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpla görüşüb. TurkicWorld-un məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp məlumat verib. Səfir bildirib ki, bu gün Ələt Azad İqtisadiyyat Zonasının sədri Valeh Ələsgərovla görüşü olub: "Böyük Britaniya şirkətlərinin Azərbaycanın Qafqaz-Xəzər qovşağı kimi mövqeyindən yararlanmaq imkanlarını müzakirə etdik".