Son dəqiqə

Türkiyə Özəl Türkiyə Ticarət nazirliyi müdafiə sanayesi məhsulları

Yanvar-iyul ayları üzrə Türkiyənin müdafiə sənayesi məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz artaraq, 3 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 657,5 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 123,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 5,2 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər